ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Millinin Fransa ilə səfər oyununa bir şey qalmayıb. Bu oyundan ciddi gözləntilərimiz olmasa da, ən azından bacardığı qədər layiqli müqavimət gözləyirik yığma komandamızdan.
Vaxt uçur. Bir də gözümüzü yumub açacağıq ki, oyun vaxtı gəlib. Yəni, gerisayım başlayıb. Amma AFFA-dan hələ də səs-səmir yoxdur. Gözlənilən o idi ki, federasiya operativ toplantı keçirib milliyə yeni baş məşqçi seçəcək.
Belə görünür ki, ləng davranış, qərarsızlıq bu AFFA rəhbərliyinin iş prinsipinə çevrilib. Demək olar ki, hər məsələdə ləngiyirlər, gecikmiş qərarlarla çalışırlar.
Milliyə çox yubatmadan yeni baş məşqçi təyin etmək lazımdır!!!
AFFA-dakıların özləri də başa düşür ki, bu boyda rüsvayçılıqlar və çölə atılan milyonlardan sonra əcnəbi təyin etmək olmaz. Millət daşqalaq edər bunları. Yerlilərə gəlincə, seçim elə də çox deyil. Söhbət bir neçə nəfərdən gedir ki, ən real olan Rəşad Sadıqov və ya Ayxan Abbasovun təyinatıdır.
Lakin ortaya ciddi problem çıxıb. AFFA rəhbərliyi qarşıdakı 4 oyunu yerli məşqçi ilə yola verib, ara soyuyandan sonra yenə əcnəbi gətirmək istəyir. Yəni, azərbaycanlı gəlib bu çətin oyunlarda "döyülsün", əcnəbi Millətlər Liqasında qəhrəman görkəmində yığmamızı yenidən üst diviziona qaytarsın.
Özünə hörmət eləyən heç bir yerli məşqçi buna getmək istəmir. Namizədlər AFFA-dan daha uzunmüddətli müqavilə şərtləri gözləyir. Heç olmasa, qarşıdakı Millətlər Liqasında çalışmaq şansı istəyirlər.
AFFA bu "siyasi gedişlərə" son verməyənə qədər yaxşı nəsə gözləmək yersizdir. Federasiyanın başında olanların hərəsinin öz oyunu, öz maraqları var. Milli mənafe qalıb bir tərəfdə, milliyə öz mənafeyini düşünərək baş məşqçi təyin etmək istəyənlər var.
Emin Abbasov
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.