AZ

Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Yüzlərlə avtobus, azalan xərclər...

"Bu ilin avqust ayında Azərbaycanda şəhərdaxili (rayonlararası) müntəzəm sərnişindaşımada istifadə olunan avtobusların 166-sı elektrikli avtobusların payına düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 136 ədəd çoxdur".

Bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, ötən il, COP29 ərəfəsində ölkəyə 160 elektrikli avtobus gətirilib. Həmçinin ölkə ərazisində elektrikli avtobusların istehsalını nəzərdə tutan layihənin icrasına başlanılıb. Yaxın zamanlarda Çin şirkəti ilə birlikdə bu tip avtobuslar istehsal edən zavod işə salınacaq.

AYNA təsdiqləyir ki, elektrik mühərrikli avtobuslar iqtisadi cəhətdən daha səmərəlidir:

"Belə ki, maye yanacaqla qət edilən 1 km məsafəni elektrik enerjisi ilə qət edilən 1 km məsafə ilə müqayisə etsək, yanacağın dəyəri baxımından burada mütləq elektrikli nəqliyyat üstün gəlir. Elektrikli avtobuslar benzin və ya dizellə işləyən avtobuslardan qat-qat az daxili hərəkət hissələrinə malikdir. Bu da istismar xərclərini azaldır".

"Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. 2025-ci ilin avqustunda ölkədə sıxılmış təbii qazla (CNG) işləyən avtobusların sayı 1 337 olub. Bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 222 ədəd çoxdur", - deyə qurumun məlumatında vurğulanıb.

Bu ilin avqustunda Azərbaycanda dizel ilə işləyən avtobusların sayı isə 3 731-dir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 18 avtobus çoxdur.

Banu Hüseynli

Seçilən
10
7
far.az

8Mənbələr