AZ

Antiterror əməliyyatının 2-ci ildönümü ilə bağlı tədbir - FOTO

Yazını böyüt
Yazını kiçilt

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, sentyabrın 19-da Azərbaycan Ordusunda vətənpərvərlik nümunələrinin təbliği, şəxsi heyət arasında mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, silsilə tədbirlər zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə və antiterror əməliyyatına həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib.

Mərasimlərdə çıxış edənlər 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatını Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya adlandıraraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə qeyd ediblər.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun keçirdiyi uğurlu antiterror əməliyyatının tarixi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi ilə konstitusiya quruluşunun və dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması xüsusi vurğulanıb.

Seçilən
30
18
hafta.az

10Mənbələr