AZ

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin
İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə
xəbərdarlıq edir.



Bu barədə agentlik məlumat yayıb.


Bildirilib ki, xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz
Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın
21-dək davam edəcək.


Həmin günlər ərzində
şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə
30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın
hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı
proqnozlaşdırılır.
 


Seçilən
10
40
7news.az

10Mənbələr