AZ

Antiterror əməliyyatında şəhid olan hərbçimizin bulağının açılışı oldu FOTOLAR

ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olan hərbçimiz Elməddin Əliyevin adına tikilmiş şəhid bulağının açılışı olub. 

Adalet.az xəbər verir ki, şəhid bulağı Elməddin Əliyevin doğulub boya-başa çatdığı Cəlilabad rayon Göytəpə şəhərində tikilib. Qeyd edək ki, Əliyev Elməddin Dövlət oğlu 1991-ci il oktyabr ayının 28-də Cəlilabad rayonu Göytəpə şəhərində anadan olub. Elməddin Əliyev orta təhsilini Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbində  alıb. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elməddin Əliyev 44 günlük Vətən Müharibəsində iştirak edib və “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.  

Elməddin Əliyev  Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elməddin Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
adalet.az

2Mənbələr