AZ

"“Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir" - ŞƏRH EDİLDİ

"Cənab Prezident İlham Əliyevin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramı uğurla həyata keçirilir və bu proqram çərçivəsində bir sıra məqsədlər reallaşdırılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilər minalardan və partlamamış sursatlardan təmizlənir, təhlükəsizlik təmin olunur, daha sonra həmin ərazilər mərhələli şəkildə otorizasiya edilir:

"Paralel olaraq, zəruri infrastruktur – yollar, su, elektrik, qaz təminatı və digər həyati vacib obyektlər inşa olunur. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Mən öz fəaliyyətimlə bağlı demək olar ki, bütün bu ərazilərdə olmuşam və orada nə qədər intensiv işlərin getdiyinin birbaşa şahidi olmuşam. Xüsusilə, suverenlik günü ərəfəsində azad Xankəndinə etdiyimiz səfərdə müşahidə etdim ki, şəhərə həyat qayıdıb. Tarixi şəhərimiz yenidən bərpa olunur və burada bütün zəruri fəaliyyətlər icra olunmaqdadır.

Hesab edirəm ki, bu prosesdə ən önəmli məsələlərdən biri məşğulluğun təmin olunmasıdır. İstehsalat sahələrinin yaradılması, kənd təsərrüfatı və turizm imkanlarının inkişaf etdirilməsi regionun davamlı inkişafına ciddi töhfə verəcək. Eyni zamanda, bölgənin alternativ və bərpa olunan enerji potensialı çox yüksəkdir. Bu sahədə layihələrin həyata keçirilməsi də məşğulluğun artmasına səbəb olacaq.

Ümumilikdə, bu günə qədər dövlət proqramı çərçivəsində görülən işlər yüksək qiymətə layiqdir. Lakin qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olmaq üçün daha genişmiqyaslı həyata keçirilməlidir. Çünki keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar və həmin bölgələrin tam bərpası üçün bütün imkanlardan maksimum istifadə olunmalıdır".

Müəllif: Arzu Qurbanlı
Seçilən
9
sia.az

1Mənbələr