Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İsrail hərbçiləri Qəzza şəhərində HƏMAS və digər terror təşkilatlarına qarşı əməliyyatlarda misli görünməmiş qüvvə tətbiq edəcəyini bildirərək, sakinləri cənuba doğru köç etməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrai məlumat yayıb.
O bildirib ki, Səlahəddin yolu cənub istiqamətində bağlıdır və yeganə keçid Ər-Rəşid küçəsidir. O, sakinləri bu fürsəti qaçırmayaraq humanitar əraziyə köç edən yüz minlərlə şəhər sakininə qoşulmağa çağırıb.
Qeyd edək ki, ən son məlumatda şəhərdən 450 mindən çox insanın köçdüyü bildirilmişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.