AZ

Marko Yankoviç daha iddialı kluba transfer olacaq?

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində qələbəsi (3:2) təkcə Azərbaycanda deyil, digər ölkələrdə də futbol ictimaiyyətinin gündəmindən düşmür.

Sportinfo.az xəbər verir ki, Monteneqro mətbuatında bu uğurla bağlı bir neçə maraqlı məqalə dərc olunub.

Monteneqrolular xüsusilə millinin yarımmüdafiəçisi Marko Yankoviçin parlaq çıxışına diqqət çəkiblər.

Görüşün ikinci hissəsində zədələnərək əvəzlənən orta sahə oyunçusunun əla formada olması monteneqroluları sevindirir. Yerli mətbuat onun yaxın gələcəkdə millinin liderinə çevriləcəyinə inanırlar.

Monteneqro KİV-i hətta 30 yaşlı futbolçunun Çempionlar Liqasındakı uğurlu oyunları sayəsində daha yüksək liqalardan birinə keçəcəyini proqnozlaşdırırlar:

“Yankoviç əsl maestro kimi “Qarabağ”ı oyunda idarə edir, komanda yoldaşlarını istiqamətləndirir. Millimizin onun kimi liderlərə ehtiyacı var.

Yankoviç “Qarabağ”da olduğu kimi, yığmamızda da liderliyi üzərinə götürə bilər. Onun bu cür oyunla tezliklə böyük liqalardan birinə keçməsi də qaçılmazdır”.

Marko Yankoviç 2022-ci ildən “Qarabağ”ın formasını geyinir.

Seçilən
27
sportinfo.az

1Mənbələr