AZ

Mİ6 rəhbəri: Putinin danışıqlarda maraqlı olduğuna dair heç bir sübut yoxdur

Britaniya kəşfiyyatının MI6 rəhbəri Riçard Mur bildirib ki, o, Rusiya lideri Vladimir Putinin Ukraynanın təslim olmasını nəzərdə tutmayan sülh danışıqlarında maraqlı olduğuna dair heç bir sübut görmür. 

HİT.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bunu İstanbulda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti çox çətin vəzifə götürüb və bu müharibədə ukraynalıları lazımınca qiymətləndirib. Mur həmçinin bildirib ki, Britaniya kəşfiyyat agentliyi MI6 Rusiyadan casusları cəlb etmək üçün darknetdə yeni portal işə salır. Daha sonra agentlik özünün rəsmi "YouTube" kanalında düşmən kəşfiyyatının fəaliyyəti və ya terrorizm haqqında məlumat ötürməkdə kömək üçün təlimatlar dərc edəcək.

Bundan əvvəl Münhen Təhlükəsizlik Konfransının uzun müddətdir sədri olan Volfqanq İşinger Kremllə sülh danışıqlarının nə vaxt başlayacağına cavab verib. Onun sözlərinə görə, Rusiya ilə sülh mümkündür, lakin ona gedən yol uzun və çətin olacaq:

"Mən deməzdim ki, danışıqlar dalana dirənib. Mən deyərdim ki, danışıqlar hələ həqiqətən başlamayıb. Və biz ümid edirik ki, nə vaxtsa onlar başlayacaq".

Samir
 

Seçilən
19
hit.az

1Mənbələr