AZ

Yağdəyişmə zamanı sürücülərin ən çox buraxdığı 5 ciddi səhv

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Yağdəyişmə srücülərin ən çox həyata keçirdiyi prosedurlardandır. Avtomobil istismar edilirsə, müntəzəm olaraq mühərrikin də yağı dəyişdirilıməlidir.

Lakin heç də hamı bu proseduru düzgün icra etmir. Buraxılan səhvlər isə mühərrikin vaxtından tez sıradan çıxması ilə nəticələnir.

Avtosfer.az sürücülərin yağdəyişmə zamanı sürücülərin buraxdığı xətaları təqdim edir.

Bunların ən başında reqlamentə kor-koranə əməl etmək dayanır: sürücü yağı dəyişdirir. Usta və ya zavod növbəti dəfə 15 min kilometrdən sonra yağdəyişmə tövsiyə olunur. Sürücü isə bu limitdən 1 kilometr də az sürmür. Reallıq isə başqadır.

Şəhər rejimindəki tıxaclar, addım-addım hərəkət, kəskin sürətlənmə və yavaşlama, tozlu hava, aşağı oktanlı benzin mühərrik yağının sürətlə köhnəlməsinə səbəb olur. Artıq  5-6 min kilometrdən sonra karterdəki yağ qatrana dönərək mühərrikin iş divarlarına yapışmağa başlayır. 

Növbəti səhv isə mühərrik soyuq ikən yağın dəyişilməsidir. Soyuq yağ yaxşı sürüzlmədiyi üçün bir hissəsi mühərrikdə qalır və təzə yağla qarışaraq onun keyfiyyətini aşağı salır. 

Üçüncü səhv isə keyfiyyətli yağ əvəzinə daha ucuz və şübhəli yağlardan istifadə etməkdir. Bizcə, keyfiyyətsiz yağın avtomobilə vurduğu ziyanla bağlı ətraflı danışmağa lüzum yoxdur. Söhbət təkcə mühərrik yağından getmir. 

Dördüncü xəta lüzumsuz olaraq qatqılardan istifadə edilməsidir. təzə avtomobildə buna ümumiyyətlə ehtiyac yoxdur.

Beşinci səhv isə sürücü ilə deyil, avtoservislərlə bağlıdır. Əksər yerlərdə yağın saxlanma rejiminə əməl edilmir. Avtomobil yağları sərin, birbaşa

Günəş şüası düşməyən yerdə, kip bağlanmış tarada saxlanmalıdır.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
avtosfer.az

2Mənbələr