AZ

ABŞ Konqresi Rusiyaya təzyiqləri artırmaq istəyir: Yeni qanun layihəsi

ABŞ Senatı Rusiyaya qarşı “kölgə donanması” da daxil olmaqla, sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirmək məqsədi daşıyan yeni qanun layihəsi təqdim edəcək.

Publika.az xəbər verir ki, bu barədə “The Financial Times” mənbələrə istinadən məlumat yayıb.

"Bu gəmilər və onların asanlaşdırdıqları neft satışı birbaşa ABŞ və Avropanın təhlükəsizliyini təhdid edir. Onlar dayandırılacaq", - deyə qanun layihəsinin müəlliflərindən biri olan demokrat senator Cin Şahin bildirib.

Qeyd olunur ki, qanun layihəsi həmçinin Senatın Xarici Əlaqələr Komitəsində Şahinlə birlikdə işləyən Respublikaçı Cim Riş tərəfindən də dəstəklənib.

Seçilən
12
publika.az

1Mənbələr