AZ

AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Gədəbəy Mineral Suları” MMC -yə məxsus “Slavyanka” sularından kəskin qoxu gəlməsi ilə bağlı şikayətlərlə əlaqədar araşdırma başladıb.

AQTA-dan  bildirilib ki, “Gədəbəy Mineral Suları” MMC-də yoxlamalar aparılıb.

“Sulardan müvafiq nümunələr götürülüb və laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri bəlli olduqda ictimaiyyətə açıqlanacaq”.

Qeyd: Nizamnamə kapitalı 100 AZN, qeydiyyat ünvanı isə Gədəbəy rayonu, Zəhmətkənd kəndi olan MMC-nin qanuni təmsilçisi Ramil Calal oğlu Fərzəliyevdir.

Seçilən
8
2
tribunainfo.az

4Mənbələr