AZ

Kamran Əliyev Naxçıvanda əməliyyat müşavirəsi keçirib

Kamran

Baş prokuror Naxçıvan Muxtar Respublikası Prokurorluğunda əməliyyat müşavirəsi keçiribBaş prokuror Kamran Əliyev sentyabrın 18-də Naxçıvana səfər edərək prokurorluq orqanlarının əməkdaşları ilə əməliyyat müşavirəsi keçirib. Müşavirə öncəsi iştirakçılar Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. KamranBaş prokuror 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsini ölkəmizin birliyi və müstəqilliyinin əlaməti kimi dəyərləndirib, həmçinin Heydər Əliyevin prokurorluq sahəsində xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatlarını vurğulayıb. O, işğaldan azad olunmuş ərazilərdə birinci vitse-prezident Mehriban Əliyevanın da iştirakı ilə bərpa və infrastruktur layihələrinin həyata keçirilməsi barədə məlumat verib. Müşavirədə Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın vəziyyəti, insan hüquqlarının müdafiəsi və görülən işlər müzakirə olunub, Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev isə prokurorluq orqanlarının fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Baş prokuror Kamran Əliyev hüquq mühafizə orqanlarının əməkdaşlığının davam etdiriləcəyinə əminliyini ifadə edib, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün tapşırıqlar verib. Səfər zamanı prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Naxçıvan prokurorluğunun bir qrup əməkdaşı təltif olunub.Ulusum.azR.İkramlı

Diqqət Çəkənlər

BDU-da Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu

Suverenliyin Bərpası – Antiterror Qəhrəmanlığı

Bakıda onlayn qumar şəbəkəsinə zərbə: 10 nəfər saxlanıldı, 10 milyonluq dövriyyə ifşa olundu

Seçilən
35
ulusum.az

1Mənbələr