Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı hazırlanan 19-cu sanksiyalar paketi ilə bağlı detallar açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Belə ki, yeni məhdudiyyətlərə “Kölgə donanması”na aid 118 gəmi, 45 rus və xarici şirkət, Rusiya bankları və kritpovalyuta platformaları aid ediləcək.
Həmçinin Rusiya neftinə tətbiq edilən qiymət 47,6 dollar/barrel səviyyəsinə endiriləcək, Rusiya dövlətinə məxsus bu ən iri enerji ticarət şirkətləri ilə bütün növ tranzaksiyalar tam qadağan ediləcək.
Fon der Leyen bildirib ki, sanksiyalardan yayınma yolları getdikcə daha da mürəkkəbləşdiyi üçün Avropa İttifaqı bu təcrübəyə qarşı mübarizəni sərtləşdirir.
Yeni sanksiyalar paketinin Aİ üzv dövlətləri tərəfindən təsdiqlənməsi gözlənilir.