AZ

Ədliyyə naziri Naxçıvanda vətəndaşlarıqəbul etdi

Ədliyyə naziri Fərid Əhmədov 19 sentyabr tarixində Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Qəbulda Naxçıvan şəhəri və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından ümumilikdə 56 vətəndaşın ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

22
Seçilən
38
3
redaktor.az

9Mənbələr