AZ

Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edib.

FHN-in Mətbuat xidmətindən Aktual.az-ya verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 19-da Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulunu keçirib.

Əvvəlcə, nazir K.Heydərov Ümummilli Lider Heydər Əliyevin Naftalan şəhərindəki abidəsini ziyarət edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

KəmaləddinKəmaləddinKəmaləddinKəmaləddinKəmaləddinKəmaləddin

Seçilən
14
12
ulusum.az

10Mənbələr