
Ermənistan MTX Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb.Ulusum.az Ermənistan mediasının məlumatına görə, Ermənistanda Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının komandiri Edqar Unanyan vəzifəsindən azad edilib.Bu barədə qərarı Ermənistan Prezidenti Vaagn Xaçatryan imzalayıb. Sərəncam isə Baş nazirin təqdimatı əsasında verilib. Unanyan 2024-cü ilin yayında komandir təyin olunmuşdu. Bundan əvvəl o, Sərhəd Qoşunlarının komandir müavini və qərargah rəisi vəzifələrində çalışıb.Xatırladaq ki, əvvəlki Sərhəd Qoşunları komandiri Arman Maralçyan 2023-cü ildə Tex kəndi yaxınlığında baş verən insidentdən sonra vəzifəsindən azad edilmişdi.Məlumat mənbəyi: Sputnik Ermənistan.R.DaşdəmirovaUlusum.az
Diqqət Çəkənlər
BDU-da Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu
Suverenliyin Bərpası – Antiterror Qəhrəmanlığı
Bakıda onlayn qumar şəbəkəsinə zərbə: 10 nəfər saxlanıldı, 10 milyonluq dövriyyə ifşa olundu