AZ

Şəhid anası: "Dostları Kənanı yola salanda onlara deyib ki, 10 gün sonra bayrağa bükülüb gələcəyəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV antiterror əməliyyatında igidlik göstərərək şəhid olan Kənan Ağayev haqqında reportaj hazırlayıb.
Şəhidin anası Raminə Ağayeva oğlu ilə son görüşündən danışıb:
"Hamımızla görüşüb getdi. Özü də bilirdi ki, şəhid olacaq. Dostları Kənanı yola salanda onlara deyib ki, 10 gün sonra bayrağa bükülüb gələcəyəm. Dediyi kimi də oldu".
Şəhidin qardaşı Nurlan Ağayev isə Kənanın arzularının nakam qaldığını söyləyib:
"Kiçik qardaşıma məktub yazdırıb deyibmiş ki, sağ olduğu müddətcə heç kimə bu barədə danışmasın. Şəhid olandan sonra məktub mənə verildi. Kənan ailə qurmaq, doğulacaq oğluna atamızın adını qoymaq istədiyini yazırdı".
Ətraflı süjetdə:
Seçilən
31
37
oxu.az

10Mənbələr