AZ

Santuş kimilər olmasın İdman eksperti

ain.az, Redaktor.az saytına istinadən bildirir.

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) irəlidə başqa Santuşlara verəcəyi pulları yığıb "Qarabağ" klubuna vermək lazımdır ki, 1-2 güclü futbolçu da alsın və irəlidə heyət sıxıntısı yaşamasın".

Bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.

Bəs AFFA "Qarabağ" klubuna güclü futbolçu almaq üçün pul xərcləyə bilərmi?

Mövzu haqda Redaktor.az-a açıqlama verən matc.az saytının baş redaktoru İxtiyar Əsgərov bildirdi ki, o, "Santuş kimilər olmasın" fikriylə razıdır.

"Amma AFFA "Qarabağ"a niyə futbolçu almalıdır ki? "Qarabağ"ın kifayət qədər büdcəsi var. UEFA-da Çempionlar Liqasında Liqa mərhələsinə düşüb. Yəni ordan müəyyən qədər vəsait gəlib. Normal da vəsait gəlib. Üstəlik, "Benfika" üzərində qələbə qazanıb. Mənim bildiyim qədər hardasa dörd milyon civarında pul gəlib. Ümumiyyətlə, dünya futbolunda belə bir təcrübəyə mən rast gəlməmişəm. Heç eşitməmişəm, heç oxumamışam ki, hansısa ölkənin futbol federasiyası hansısa kluba futbolçu alsın. Mən belə bir şey görməmişəm", - deyə idman eksperti qeyd etdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
redaktor.az

2Mənbələr