AZ

Şirniyyatsız yaşamaq olar? Həkim gözlənilməz həqiqəti açıqladı

Bədən desertlərsiz də normal fəaliyyət göstərə bilər, çünki şirniyyatlar yalnız zövq mənbəyi rolunu oynayır.

E-saglam.az xəbər verir ki, bu barədə qastroenteroloq Olqa Suxareva öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, sadə şəkərlər sürətli enerji versə də, həyati əhəmiyyət daşımır. Mürəkkəb karbohidratlar da nəticədə qlükozaya parçalanır və orqanizm üçün lazım olan enerjini təmin edir.

“Sadə şəkərlər olmadan da yaşamaq mümkündür. Əslində bədənin ehtiyacı zülal, yağ, vitamin və mikroelementlərdir, amma sadə şəkər deyil,” – deyə Suxareva qeyd edib.

Qeyd edək ki, digər bir oftalmoloq  şirniyyat qəbulundan sonra görmə qabiliyyətinin müvəqqəti pisləşə biləcəyini vurğulamışdı.

Tərcümə: Nəzrin Abbas

E-sağlam.az

Seçilən
9
e-saglam.az

1Mənbələr