AZ

“Benfika"nı dəstəkləyirdim” - “İmişli”nin baş məşqçisi

"İmişli" Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun bizim üstünlüymüzlə keçdi. İstədiyimiz kimi oynaya bildik. Rəqib qol vurmaq üçün təzyiq edirdi. Amma bunun qarşısını almağı bacardıq. Daha sonra öz oyunumuzu onlara diktə edə bildik. Hesab 2:0 olandan sonra daha rahat oynamağa başladıq. Bilirdik ki, rəqib 1 qol vursa, hesabı bərabərləşdirmək üçün çalışacaq. Bizim qol şanslarımız çox oldu. 3:0 hesabı oyunumza layiq nəticədir. Futbolçularımıtəbrik edirəm. Çox əziyyət çəkdilər. Bir az hakimlər barədə danışmaq istəyirəm. İlk dəfədir bu haqda danışıram. İki vacib situasiya oldu. Bir penaltimizi vermədilər. "Karvan"ın kapitanının Almeydaya qarşı sərt oynadığı epizodda da qırmızı vərəqə verilməli idi. Bu, ötən həftə bizim oyunçuya verilən qırmızı vərəqəlik epizoddan daha sərt idi.

- Ardıcıl 3-cü oyundur ki, meydandan qalib ayrılırsız. Bu, "İmişli"nin hədəfini dəyişə bilər?

- Xeyr. Məqsədimiz olduğu kimi qalır. Hər oyuna qələbə üçün çıxacağıq. Ardıcıl 3 qələbə I Liqadan gələn komanda üçün yaxşı nəticədir. Bu, bizim məqsədimiz idi. Prmeyer Liqada təcrübəli və yüksək büdcəli komandalar var. Bu ammillər bizə təsir etmir. Hər oyunda meydana qələbə üçün çıxırıq. Növbəti matçlara da bu mentalitetlə çıxacağıq.

- Texniki məğlubiyyətdən sonra komandanı bu oyuna hazırlamaq sizin üçün çətin deyildi?

- Xeyr, çətin deyildi. Həmin hadisə oyunçuların səhvi deyildi.Bir gecə bunu düşündük. Sabahsı gün məşqdə futbolçuları bu oyuna kökləyə bildik. Gördüyünüz kimi məşqləər öz bəhrəsini verdi və bu gün istədiiyimiz nəticəni gördük.

- "Qarabağ"ın "Benfika" ilə oyunu sizi təəccübləndirmədi?

- Öncə"Qarabağ"ı təbrik edirəm. Bu, Azərbaycan futbolu üçün tarixi qələbədir. Əlbəttə ki, portuqaliyalı olduğum üçün "Benfika"nı dəstəkləyirdim. Amma "Qarabağ" 90 dəqiqə ərzində göstərdi ki, onlardan daha yaxşı oynayır.

- Sizcə, bu qələbədən sonra Portuqaliya futbol ictimaiyyətinda Azərbaycan çempionatına maraq yarana bilər?

- Əlbəttə ki, bu öz effektini verir. Hamı "Benfika"nın qalib gələcəyini gözləyirdi. "Qarabağ"ın qələbəsi onu göstərir ki, Azərbaycan çempionatı inkişaf edir. Bu həftə "A Bola" nəşrində "İmişli" haqda yazı getmişdi. Bu o deməkdir ki, artıq Portuqaliyada Azərbaycan futbolunu diqqətdə saxlayırlar.

Seçilən
6
1
sportinfo.az

3Mənbələr