ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Rusların ukraynalıları güc yolu ilə özünə tabe etmək imkanı yoxdur.
...Rusiya qoşunları Ukrayna cəbhəsində “ilbiz sürəti ilə və dəhşətli itkilər bahasına” irəliləyir.
SİA-nın məlumatına görə, Sky News xəbər verir ki, bunu İstanbulda çıxış edən Britaniyanın MI6 məxfi kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur deyib.
Onun sözlərinə görə, Rusiya diktatoru Vladimir Putin əlində olan hər vasitə ilə öz “imperator iradəsini” tətbiq etməyə çalışır.
Amma o, uğursuzluğa düçar olur.
...Rusiyanın sadəcə olaraq Ukraynanı güc yolu ilə tamamilə tabe etmək gücü yoxdur, – Mur yekunlaşdırıb.
Mİ6-nın rəhbəri qeyd edib ki, problem Ukraynanın suverenliyi olub və qalır: Putin bunu, həmçinin ölkənin özünün, hətta millətin varlığını inkar edir.
Əli Babayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.