Azərbaycanlı güləşçi erməni rəqibini məğlub edərək dünya çempionatının yarımfinalına yüksəlib.
Hurriyyet.Az Apa-ya istinadən xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşi üzrə təmsilçisi Murad Əhmədiyev (97 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Təmsilçimiz 1/4 finalda Ermənistanlı Olimpiya, 4 dəfə dünya və 7 dəfə Avropa çempionu Artur Aleksanyana “tuşla qalib gəlib.