AZ

Dirçəliş Günündə doğuldu, Suverenlik uğrunda Şəhid oldu FOTO

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dağ vüqarlı antiteror Şəhidimiz Dağbəyi Orucovun Şəhid olmasından 2 il ötür…

Orucov Dağbəyi Sabay oğlu 17 noyabr 2002-ci ildə Tərtər rayon Bəyimsarov kəndində anadan olub. Dağbəyi Orucov orta təhsilini Göygöl rayonu Murovdağ qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 107 nömrəli tam orta məktəbində alıb.

Məktəbi bitirdikdən sonra qardaş Türkiyənin Çorum şəhərində Hitit universitetinin Komputer mühəndisliyi ixtisasına qəbul olur. Təhsilinin ilk ili 44 günlük tarixi Zəfər günlərimizə təsadüf edir. Universitetdə təlim- tərbiyəsinə, dərslərə olan davamiyyətinə və uğurlu təhsilinə görə, seçilən tələbələrdən olur. Bir müddətdən sonra atasıyla telefon danışığı zamanı, sinif yoldaşlarının və dostlarının əsgərlikdə olduğunu bildirərək, təhsilini dondurmaq, əsgərliyə getmək istədiyini bildirir. Atası isə etiraz edərək bildirir ki, oğlum ali məktəbi bitir, sonra gəl əsgərliyinə yenə gedərsən, artıq ikinci kursdasan, vəziyyətimizdən maddi cəhətdən o dərəcə də yaxşı deyil, bu qədər xərc çəkmişik. Gəlib əsgərliyə gedərsən, birdən universitetdən xaric edərlər, əziyyətimiz itər.

Bir haşiyəyədə çıxım ki, tarixi Zəfərimizdən sonra Dağbəyi mütamadi olaraq hər telefon zəngində valideyinlərinə, şəhidlərimizə görə ailədə ad günü, xeyir iş, yeni ildə ağac bəzəmək, bayram qeyd etmək kimi əyləncəli günləri keçirməyi qadağan edir. Ailə üzvüləri bildirir ki, biz də hər bir Azərbaycan ailəsi kimi onsuz da belə məclislər təşkil etmirdik, yenə də hər telefon əlaqəsində bizə bu sözləri xatırladırdı.

Dağbəyi uşaqlıqdan vətəpərlik ruhunda böyümüşdü. Bəlkə də buna səbəb, erməni vandallarının doğma ata- baba yurdu olan Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri soyqırım siyasətinin də təsiri olmuşdur. Valideyinlərindən xəbərsiz ikinci kursu bitirib, təhsilini donduraraq, Türkiyədən geri gələn qəhrəmanımız, elə xəbərsiz də hərbi komisarlığa yollanaraq əsgərliyə getməyini, və hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə keçməsini bildirir. Beləcə xidmətə yollanaraq, 11 aylıq xidməti dövründə hərbi hissə rəhbərliyi, komandir heyəti tərəfindən nizam intizamına, xidmətinə görə böyük hörmət qazanır.

Dağbəyi Orucov  Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş Qarabağda yerləşən Ermənistanın qanunsuz silahlı birləşmələrinin və separatçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması üçün başlanan uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı rayonu Dağdağan kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Dağbəyi Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.  Göygöl rayon şəhidlər xiyabanında dəfn edilib. Tanrıdan bütün şəhidlərimizə rəhmət, əzizlərinə səbr diləyirik.

Samir Mustafa

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
2
hurriyyet.az

3Mənbələr