AZ

Xəzər dənizi bu tarixdə tam quruya bilər — Ekoloqdan AÇIQLAMA

"Urmiyə gölünün quruması həm təbii amillərlə, həm də insanların fəaliyyəti nəticəsində baş verib. Urmiyə gölü Xəzər dənizi nəzərə alınmasa, Asiyada ən böyük göllərdən biridir. Gölün qurumadan əvvəlki ümumi sahəsi təxminən 6 min kvadrat kilometr olub. Müqayisə üçün qeyd edim ki, Xəzər dənizinin sahəsi 370 min kvadrat kilometr təşkil edir".

Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

O, bildirib ki, Urmiyə gölü həddindən artıq duzlu göl hesab olunur, duzluluq faizi 15-18% arasında dəyişir:

"Xəzər dənizində bu göstərici 11%-dir. Burada natrium, maqnezium və digər duz yaradan metallara çox rast gəlinir. Gölün qurumasının əsas səbəblərindən biri ona axan çayların üzərində çoxsaylı kiçik su anbarlarının tikilməsidir. Bu səbəbdən gölə axan suyun həcmi azalıb. Məsələn, Volqa çayı hələ də Xəzərə axmağa davam edir, üstəlik Ural və Kür çayları, həmçinin İrandan gələn bəzi kiçik çaylar da Xəzərə su gətirir. Lakin bu çayların üzərində çoxlu su anbarlarının yaradılması və təsərrüfat məqsədləri üçün suların istifadəsi nəticəsində ümumi su həcmi xeyli azalıb".

Ekspert bildirib ki, Xəzər dənizində də səviyyə getdikcə azalır:

"1990-cı illərlə müqayisədə hər il orta hesabla 15 sm aşağı düşmə müşahidə olunur. İndiyədək ümumilikdə 2,5–3 metrə qədər səviyyə azalıb. Alimlərin hesablamalarına görə, yaxın 10 illərdə bu proses dayanmayacaq. Bununla belə, Xəzər dənizinin sahəsi və həcmi çox böyük olduğuna görə tam quruma ehtimalı yaxın 100–200 il ərzində gözlənilmir".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
10
1
demokrat.az

2Mənbələr