AZ

Tokayev özünə yeni müavin təyin edib



Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev özünə yeni müavin təyin edib.

Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Yerbolat Askarbekoviç Dosayev Qazaxıstan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Yerbolat Dosayev bu ilin mayında Almatı şəhərinin meri vəzifəsindən azad edilib. Onun yerinə Darxan Satıbaldı təyin edilib.

Yerbolat Askarbekoviç Dosayev 21 may 1970-ci ildə Almatıda anadan olub. Almatı Energetika İnstitutunu, Bauman adına Moskva Dövlət Texniki Universitetini bitirib.
Əmək fəaliyyətinə “TuranAlem Bank” QSC-nin İdarə Heyətinin sədr müavini vəzifəsində başlayıb.

Dasayev 28 yaşında Qazaxıstanın baş nazirinin müşaviri olub.

Mehman Mehdiyev
Seçilən
18
1
newscenter.az

2Mənbələr