AZ

AB-nin 8 ölkəsi hələ də Rusiya qazı alır

Avropa Birliyinə üzv olan bəzi ölkələr hələ də Rusiya qazı idxal edir.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin enerji sözçüsü Anna-Kaysa İtkonen bildirib.

Onun sözlərinə görə, AB-də 8 ölkə - Belçika, Fransa, Yunanıstan, Macarıstan, Niderland, Portuqaliya, Slovakiya və İspaniya Rusiya qazı alır.

Qeyd edək ki, məsələ ABŞ Prezidenti Donald Trampın AB və NATO ölkələrinə Rusiyadan enerji idxalını tam dayandırmaları üçün artan təzyiqləri fonunda gündəmə gəlib.
Seçilən
77
3
sherg.az

4Mənbələr