AZ

Sürətli ürəkdöyünmə təhlükəli ola bilər -Kardioloq

Kardioloq Nataliya Bulanova qəfil və səbəbsiz ürək döyüntülərinin insanı ciddi narahat etməli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu haqda news.ru məlumat yayıb.

Həkimin sözlərinə görə, əgər nəbz istirahət vəziyyətində gözlənilmədən və səbəbsiz olaraq kəskin şəkildə sürətlənirsə, mütləq kardioloqa müraciət etmək lazımdır. Bu, ürək xəstəliyinin əlaməti ola bilər. “Səbəbi yalnız tibbi müayinədən, ən azı EKQ-dən (elektrokardioqramma) sonra müəyyən etmək mümkündür”, - deyə Bulanova qeyd edib.

O, həmçinin özbaşına müalicə aparmağın və dərman qəbul etməyin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssis xəbərdarlıq edib ki, bu addım gözlənilməz nəticələrə, hətta ölümə belə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
53
1
redaktor.az

2Mənbələr