AZ

Zirə liderliyə yüksəldi, İmişli dən qələbə

ain.az bildirir, Qol.az portalına istinadən.

Bu gün Misli Premyer Liqasında 5-ci tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matç keçirilib.

Əvvəlcə "Karvan-Yevlax" "İmişli"ni qəbul edib. Ötən tur "Sumqayıt"a qalib gəlsə də, (1:0) texniki məğlubiyyətlə üzləşən "İmişli" 3:0 hesablı qələbə qazanıb. Hazırda turnir cədvəlində 7 xalla 5-ci, "Karvan" isə 4 xalla 9-cudur.

Digər oyunda isə "Zirə" öz meydanında "Şamaxl" ilə qarşılaşıb. Görüş "qartallar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da "Zirə" ən azı bir günlük turnir cədvəlində liderliyə yüksəlib. "Şamaxı" isə 5 xalla 6-cıdır.

19 sentyabr

Misli Premyer Liqası, 5-ci tur

18:30. “Zirə” – “Şamaxı” - 2:1 

Qollar: Karim Rossi, 25 (0:1), Junior Martins, 83 (1:1), 87 (2:1)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli

VAR: Rauf Cabarov

AVAR: Müslüm Əliyev

Zirə İK

16:00. “Karvan-Yevlax” – “İmişli” - 0:3

Qollar: Dioqo Almeyda, 12, Edvin Banquera, 15, Azər Salahlı, 80

Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov

VAR: İnqilab Məmmədov

AVAR: Namik Hüseynov

Şamaxı şəhər stadionu

20 sentyabr

17:00. “Qəbələ” – “Kəpəz”

19:30. “Sabah” – “Turan Tovuz”

21 sentyabr

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”

19:30. “Sumqayıt” – “Neftçi”

Bombardirlər: 

Olabe Roberto ("Turan Tovuz") - 2 qol

Coy-Lens Mikels ("Sabah") - 2 qol

Ceyhun Nuriyev ("Zirə") - 2 qol

İssa Cibrila ("Zirə") - 2 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
5
qol.az

10Mənbələr