AZ

AB ilə Ermənistan arasında dialoq başlayıb – Qriqoryan

Bu gün Avropa Birliyi (AB) ilə Ermənistan arasında yüksək səviyyəli siyasi dialoq başlayıb.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosla birgə mətbuat konfransında bildirib.

“Bu, AB-nin 2024-cü ilin aprelində təsdiq etdiyi Dayanıqlılıq və İnkişaf Proqramı çərçivəsində çoxşaxəli büdcə dəstəyinin həyata keçirilməsini birlikdə müzakirə edəcəyimiz yeni platformadır”, – o bildirib.

M.Qriqoryan, həmçinin qeyd edib ki, Vaşinqton və Brüsseldə yüksək səviyyədə əldə edilmiş razılaşmalar, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və üçtərəfli bəyannamə regionda infrastrukturun açılması, “Tramp marşrutu”nun (Zəngəzur dəhlizinin bir hissəsi) reallaşması üçün yeni imkan yaradır.

Seçilən
9
6
konkret.az

7Mənbələr