AZ

Yol polisi tıxaclı Bakı yollarını belə tənzimləyir VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ölkəmizdə keçirilən “Formula 1 Azərbaycan Qran Prisi” çərçivəsində paytaxtda bir sıra yollarda hərəkət dayandırılıb. Bu səbəbdən şəhərin bəzi küçə və prospektlərində günün müəyyən saatlarında sıxlıq müşahidə edilir.

Avtosfer.az xəbər verir ki, nəqliyyatın hərəkətinin ən sıx olduğu ərazilər arasında Bakıxanov, Rəşid Behbudov, Ceyhun Hacıbəyli küçələri və Azadlıq prospektinin də adı var. Paytaxtın qeyd edilən ərazilərindən birbaşa şəhərin digər küçələrinə alternativ çıxışlar mümkün olduğuna görə sürücülər məhz bu yolları üstün tutur. Nəticədə tıxac yaranır.

Yaranan problemlə bağlı yol polisi gücləndirilmiş iş rejiminə keçib. Daha əvvəl də DİN-in Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin yaydığı videolardan da aydın görünür ki, paytaxt yollarında sürücülərin bir-birinə yol verməməsi, yaxud ötmə əməliyyatını düzgün yerinə yetirməməsi ağır qəzalara səbəb olur. Yol polisinin gücləndirilmiş iş rejiminə keçməsinin əsas səbəblərindən biri də məhz budur. Onlar təkcə şəhərdə sıxlığın yox, həm də dolayı yolla baş verə biləcək ağır qəzaların qarşısını almaq üçün günün ən pik saatlarında küçə və prospektlərdə hərəkəti fasiləsiz tənzimləyir.

Bakıxanov küçəsində də yol polisləri sürücülərin qeyd olunan problemlərlə üzləşməməsi üçün nəzarəti gücləndirməsi müşahidə olunur. Belə ki, həm Rəşid Behbudov küçəsi, həm də Mirəli Qaşqay küçələrinin Bakıxanov küçəsi ilə kəsişməsində dayanan canlı nizamlayıcılar nəqliyyat vasitələrinin Ceyhun Hacıbəyli küçəsinə fasiləsiz çıxışını təmin edirlər. Bununla da yarışlar keçirilən ərazilərdən – Nəsimi və Səbail rayonlarından şəhərin digər rayonlarına çıxış imkanı yaranır. Nəqlliyyat üzrə ekspertlər bildirir ki, yol-patrul xidməti əməkdaşlarının şəhərin digər küçə və prospektlərində də yolları bu cür nizamlaması ümumilikdə həm paytaxt sakinlərinin, həm də xarici turistlərin şəhərdə rahat hərəkətini təmin edir.

Avtosfer.az yol polislərinin iş başında çəkilən videosunu təqdim edir.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
avtosfer.az

1Mənbələr