AZ

Ayxan Abbasov: “Daha inamlı oynasaydıq…”

"Şamaxı" Misli Premyer Liqasının V turu çərçivəsində səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Üzücü məğlubiyyət oldu. Rəqibin gücü məlum idi. Evdə daha yaxşı oynayırlar. "Zirə" iddialı komandadır. Bu gün uşaqlar yaxşı mübarizə apardılar. Sonda konsentrasiya çatmadı. Bu da yorğunluqdan irəli gəlirdi. Qısa vaxtda iki oyun oynadıq. "Karvan-Yevlax"la matç da çətin keçmişdi. Andrey Tirkoveanunun zədələnməsi işimizi daha da çətinləşdirdi. Son dəqiqələrdə 2 qol buraxdıq. Rəqibin təzyiqi bəlli idi. Daha inamlı oynasaydıq və ya ondan əvvəlki epizodu qola çevirə bilsəydik, bəlkə də qalib gələ bilərdik. Amma heç nə bitməyib. Mübarizə davam edir. Belə oyunlar çox olacaq. Ən çox da gənc futbolçularımız möhkəm olmalıdır. Növbəti matça hazırlaşacağıq".

“Zirə” Çempionlar Liqasında 1/4 finalda

“Qarabağ”da ciddi itki: ÇL-in iki matçını buraxacaq

Məşqçilərə lisenziya və diplomlar təqdim olunub

“Formula 1”: Sərbəst yürüş başladı

“Turan Tovuz”dan Ayxana hədiyyə

Seçilən
16
10
apasport.az

10Mənbələr