Gəncədə evi ildırım vurub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərinin birində baş verib. Belə ki sözügedən ərazidə yerləşən evin mətbəxinə ildırım düşüb.
İldırım düşəndən sonra yanğın başlayıb. Dərhal əraziyə FHN əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb.
Tural Əhmədov