Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.
KONKRET.az xəbər verir ki, heyətdə “Qarabağ”ın futbolçusu da yer alıb.
Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda “Benfika”ya 3:2 qalib gələn Ağdam klubunun heyətində matçın ən yaxşısı olan Pedro Bikalyo rəmzi komandaya salınıb.