AZ

“Bu sənət mənə xəstəliklər qazandırdı”

“İnsan ömrü boş yaşamamalıdır. Nəyəsə həsr etməlisən. Gənc yaşlarımızda özümüzü qorumuruq, fəda edirik. Yaşlanıb, ağrı qazandıqca başa düşürsən”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Əməkdar artist Hicran Nəsirova “Mədəniyyət TV”də qonaq olarkən deyib. Aktrisa sənətdə qazandığı xəstəliklərdən danışıb:

“Özümü teatra, sənətə həsr etdim. Bu sənətdən xəstəliklər qazandım: ürək ağrılarım, sınıqlar, yaralar. Bu sənətə gələndə ailəmdə narazılıq var idi. Anamın qorxusu o idi ki, ailəm olmaz. Söz verdim ki, sənətim də, ailəm də olacaq. Çox əziyyətli idi, amma etdim”.

Seçilən
17
3
nocomment.az

4Mənbələr