Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın "The New York Times"a qarşı iddiası düzgün olmayan şikayətə görə təxirə salınıb.
"Unikal" xəbər verir ki, Florida məhkəməsi Trampın iddiasını rədd edən qərar çıxarıb.
"Şikayət 28 gün müddətində ona dəyişiklik edilməsinə icazə verilməklə rədd edilir. Dəyişiklik edilən şikayət 40 səhifədən çox olmamalıdır", - məhkəmənin qərarında deyilir.
Qeyd edək ki, Tramp məşhur media qurumunu “radikal solçu Demokratik Partiyanın ruporu” və “ölkənin ən pis qəzetlərindən biri” adlandırıb. O, qəzetə qarşı 15 milyard dollarlıq iddia qaldırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.