Musavat.com xəbər verir ki, Kilikya Böyük Evinin katolikosu I Aram Bakıda saxlanılan erməni əsirlərin azad olunması ilə bağlı Rusiya prezidentinə və Moskva Patriarxı Kirilə müraciət edib. Bu məsələni o, Astanada Rusiya Pravoslav Kilsəsinin Patriarxı ilə görüşündə gündəmə gətirib.
Tərəflər, görünür, dini məsələlərdən çox, siyasi şikayətlərə diqqət yetiriblər: Ermənistan-Rusiya münasibətləri, Qarabağın guya “işğalı” və erməni irsinin “qorunması” müzakirə edilib.
Amma diqqətçəkən məqam başqadır: I Aram açıq şəkildə sanki bir şikayətçi məktəbli kimi çıxış edib. Bakıdakı erməni separatçıların azad olunmasına dəstək istəyib. Elə bil ki, Putin istəsəydi, bir telefonla Bakını silkələyərdi. Halbuki, Rusiya Bakıdakı öz FSB agentlərini belə azad etdirə bilmir. "Sputnik" adı altında casusluq edənlər hələ də Azərbaycan qanunlarının qarşısında cavab verirlər.
Belə olan halda, I Aramın “Putin bizi xilas etsin” müraciəti sadəcə olaraq Moskvanı da gülünc vəziyyətə salır. Çünki bu cür xəbərlərin tirajlanması Putini zəif göstərməkdən başqa bir işə yaramır.
Musavat.com