ain.az, Redaktor.az saytına istinadən bildirir.
Gastroenteroloq Surabx Seti mətbəxdə sağlamlıq üçün təhlükəli olan üç əşya barədə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, onun sözlərini Daily Mail yayıb.
Həkim ilk olaraq plastik doğrama taxtasını potensial təhlükəli adlandırıb. Onun sözlərinə görə, səthində yaranan cızıqlar nəticəsində yeməyə mikroplastik hissəcikləri qarışır. “Bu hissəciklər orqanizmdə toplanır, hormonların işini pozur, iltihab yaradır, dərinin qurumasına və çəki dəyişkənliyinə səbəb olur”, - deyə o bildirib.
Mütəxəssis plastik taxtaları taxta və ya bambuk alternativləri ilə əvəz etməyi tövsiyə edib.
Setinin fikrincə, köhnə və ya cızılmış yapışmayan tavalar da sağlamlığın gizli düşmənidir. O qeyd edib ki, onların örtüyündə “əbədi kimyəvi maddələr” kimi tanınan PFAS birləşmələri var və bunlar xərçəngin, həmçinin hormonal pozuntuların yaranması ilə əlaqələndirilir. Həkim əlavə edib ki, hətta müasir modellər belə zədələndikdə örtükdən mikrohissəciklər buraxa bilər. Daha təhlükəsiz alternativ kimi isə polad, çuqun və ya keramika qabları məsləhət görüb.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.