1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şagirdlər çox, sinif otağı balaca... Oturmağa yer olmadığından bəzi şagirdlər dərsdə ayaq üstə qalırlar.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, Şəmkir rayonunun Qaracəmirli kənd sakinlərinin sözlərinə görə, yeni tədris ilindən 1 nömrəli məktəbdə aparılan sinif bölgüsü nəticəsində bəzi şagirdlər dərsdə oturmağa yer tapmadığı üçün ayaq üstə qalırlar. Şagirdlərin sayı sinifdəki yerləri az qala iki dəfə üstələyir.
Valideynlərin iddiasına görə, problemin digər səbəbi məktəbdə 2 növbəli tədris sisteminin ləğv edilməsidir. Onlar yaranmış vəziyyətlə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət ediblər, ancaq hələ nəticə əldə olunmayıb.
Sözügedən idarədən bildirilib ki, məsələ araşdırılır və yekun qərar araşdırmanın nəticəsinə uyğun olaraq ictimaiyyətə təqdim ediləcək. Həmçinin qeyd olunub ki, şagirdlərin siniflərə yerləşdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təşkil edilir. Bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya otağın ölçüsü tədrisə imkan vermədikdə, ikinci paralel sinif təşkil olunur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: