"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında matçı belə şərh etdi:
"Olduqca gərgin oyun oldu. Mövsümün əvvəli olmasına baxmayaraq hər matç bizim üçün çox dinamik, sürətli və gərgin şəraitdə keçib. Bu, bir daha çempionatımızın keyfiyyətinin artmasını göstərir. Təbii olaraq, bu, bizi sevindirir. Amma başa düşürük ki, rəqabətə hazır olmalıyıq. Hər matçda qələbə qazanmaq nə qədər çətindi. Bu gün qalib gəlməsəydik də, oyun bizim üçün pis keçmirdi. Rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. Bir neçə epizodda alındı, amma istifadə edə bilmədik. Qol buraxdıqdan sonra oyun bizim üçün çətinləşdi. Ən vacibi odu ki, komanda tələsmirdi. Hər məşqçini belə qələbələr sevindirər. "Şamaxı" kimi möhkəm komandaya son 10 dəqiqədə 2 qol vurmaq sevindirici haldı. Futbolçularımı təbrik edirəm. Sabahdan növbəti oyuna köklənməliyik. Növbəti tur "İmişli" ilə qarşılaşma var. Bir oyunda məğlub olublar, onda da 90+9-cu dəqiqədə qol buraxıblar. 4 oyundu ki, qol buraxmırlar. Bizi "İmişli" ilə matç çox qayğılandırır..."