AZ

Gürcüstanda bələdiyyə üzvünün oğlu gürcü dilində danışmayan azərbaycanlını döydü

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün axşam saatlarında Marneulidə insident baş verib.

Gununsesi.info–nun xəbərinə görə, bir nəfər “Melody” şirniyyat evinə gələrək orada çalışan yeniyetmədən gürcü dilində danışmağı tələb edib.

Şahidlərin verdiyi məlumata görə, yeniyetmə gürcü dilində cavab verə bilmədikdə həmin şəxs ona şillə vurub. Bu zaman ətrafda olan vətəndaşlarla həmin şəxs arasında qarşıdurma yaşanıb.

Bildirilir ki, hadisəni törədən şəxs Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğludur.

Hadisənin böyüməsinin qarşısını almaq üçün hadisə yerinə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze, Parlamentin üzvü Zaur Darğallı, “Gürcü Arzusu”nun merliyə namizədi Daur İsmayılov və polis əməkdaşları gəliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar və həmin şəxsin polis şöbəsinə aparıldığı bildirilir.

GUNUNSESI.INFO

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
5
icma.az

9Mənbələr