AZ

Bu, Polşanı müharibəyə sürükləyir Politoloq xəbərdarlıq etdi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Ukrayna üzərində Rusiya pilotsuz uçuş aparatlarının vurulması çağırışları əslində Polşanı birbaşa Rusiya ilə müharibəyə cəlb etmək cəhdidir.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın aparıcı ictimai-siyasi jurnalı – “Do Rzeczy”nin baş redaktoru, politoloq Pavel Lisiçki xəbərdarlıq edib.

Lisiçki bu fikri sentyabrın 19-da “Wnet” radiostansiyasına müsahibəsində bildirib və Polşanın xarici işlər naziri Radoslav Sikorskinin “Kiyev xahiş edərsə, Polşa Ukrayna səmasında Rusiya dronlarını vura bilər” sözlərini “məsuliyyətsiz” adlandırıb:

“Cənab Sikorski məsuliyyətsiz danışır. Bu cür addım Polşanı münaqişəyə sürükləyər”, – o deyib.

Politoloq əlavə edib ki, belə bir halda Polşa NATO-nun 5-ci maddəsinə əsaslanan müdafiə öhdəliklərindən kənarda qala bilər. Onun sözlərinə görə, Alyans yalnız üzv dövlətlərə hücum ediləndə müdafiə mexanizmini işə salır, lakin Polşa könüllü şəkildə münaqişəyə girərsə, NATO öhdəlikləri işləməyəcək.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
globalinfo.az

1Mənbələr