AZ

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

Sentyabrın 20-də Azərbaycanın dörd şəhəri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə öz gününü qeyd edir.

KONKRET.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib.

Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

26 avqust – Laçın Şəhəri Günü;

4 oktyabr – Cəbrayıl Şəhəri Günü;

17 oktyabr – Füzuli Şəhəri Günü;

20 oktyabr – Zəngilan Şəhəri Günü;

25 oktyabr – Qubadlı Şəhəri Günü;

8 noyabr – Şuşa Şəhəri Günü;

20 noyabr – Ağdam Şəhəri Günü;

25 noyabr – Kəlbəcər Şəhəri Günü.

Seçilən
40
2
konkret.az

3Mənbələr