AZ

"Qarabağ"la oyunu izləmək üçün bilet alanların hamısından üzr istəyirəm"

"Benfika"nın kapitanı Nikolas Otamendi Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a uduzduqları üçün azarkeşlərdən üzr istəyib.

Sportinfo.azxəbər verir ki, 37 yaşlı müdafiəçi "Qarabağ"a 2:3 hesablı məğlubiyyətə görə tənqidlərə açıq olduqlarını bildirib.

O, hesabda öndə olduqları görüşü məğlub başa vurmağın ağır olduğunu vurğulayıb:

"Düşünürəm ki, məğlubiyyətin səbəbkarları tənqid olunmalıdırlar. Bu tənqid sayəsində harada səhv etdiyimizi müəyyənləşdirə bilərik.

Çempionlar Liqasında mövsüm yeni başlayıb. Bizi qarşıda hələ çox qarşılaşma gözləyir.

"Qarabağ"la oyunu izləmək üçün bilet alan bütün azarkeşlərdən üzr istəyirəm".

N.Otamendi məğlubiyyəti unudub, qarşıdakı matçlara baxmalı olduqlarını söyləyib:

"İrəli baxmaq məcburiyyətindəyik. Çox çalışıb, növbəti görüşləri qələbə ilə başa vurmalıyıq. Azarkeşlərimizin narahatlığını başa düşürük".

Nikolas Otamendi 2022-ci ildə dünya çempionu olan Argentina millisinin heyətində yer alıb. O, 2015-ci ildən 2020-ci ilə qədər İngiltərənin "Mançester Siti" klubunda çıxış edib.

Seçilən
25
sportinfo.az

1Mənbələr