AZ

Yadplanetli həyat axtarışında BÖYÜK MƏYUSLUQ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yer kürəsindən 124 işıq ili uzaqlıqda yerləşən K2-18b planetinin əvvəllər okeanlarla örtülü "su dünyası" ola biləcəyi düşünülürdü. Lakin Kembric Universitetinin tədqiqatçıları da daxil olmaqla beynəlxalq alimlər qrupu apardıqları yeni araşdırmada bu ehtimalın çox az olduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, tədqiqat "The Astrophysical Journal Letters" (AJL) jurnalında dərc edilib.
Alimlərin hesablamalarına görə, K2-18b kimi sub-neptun tipli planetlərdə suyun böyük hissəsi planetin dərinliklərinə çəkilir və səthdə yalnız çox az miqdarda qalır. Professor Karolin Dorn bildirir ki, bu cür planetlərin üzərində nəhəng okeanlar mövcud ola bilməz: "Suyun miqdarı yalnız bir neçə faizlə məhdudlaşır".
Simulyasiya nəticələri göstərib ki, formalaşmanın erkən mərhələsində planetlərdə su molekulları parçalanır, oksigen və hidrogen isə süxurlarla birləşərək nüvəyə "yox olur".
Alimlərin fikrincə, bu nəticələr Yer və uzaq planetləri müəyyən mənada yaxınlaşdırır - onların ümumi su miqdarı oxşar ola bilər.
Bununla belə, "su okeanları ilə örtülü dünya" ssenarisi real görünmür. Bu isə kainatda həyat axtarışını daha kiçik və əlçatan planetlərə yönəltməyi zəruri edir.
Xatırladaq ki, bir müddət əvvəl Kembric Universitetinin alimləri K2-18b planetində hansı növ yadplanetlilərin yaşaya biləcəyini göstərmişdilər.
Seçilən
25
oxu.az

1Mənbələr