AZ

ABŞ-nin bir neçə hərbçisi helikopter qəzasında həlak olub

ABŞ-nin şimal-qərbində Vaşinqton ştatında helikopterin qəzaya uğraması nəticəsində ölkənin 4 hərbçisi həlak olub.

"Report"un xəbərinə görə, bu barədə "Associated Press" ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığına istinadən məlumat yayıb.

Məlumata görə, helikopter sentyabrın 17-də axşam saatlarında təlim uçuşu həyata keçirirmiş və Lyuis-Makkord Hərbi Hava Qüvvələri bazası yaxınlığında uçub. Təyyarədə dörd nəfər olub, onların adları hələ açıqlanmır.

Qəzanın səbəbi müəyyən edilməyib.

Hadisə barədə daha əvvəl Tyorston dairəsi şerifnin aparatı məlumat yayıb.

Seçilən
9
musavat.com

1Mənbələr