AZ

KİV: Pentaqon jurnalistlərdən məxfi məlumatlar toplamamağı tələb edib

BAKI, 20 sentyabr. TELEQRAF

ABŞ-nin Müharibə Nazirliyi dərc olunmasına icazə verilməyən məlumatlara sahib olan jurnalistin akkreditasiyasını ləğv edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti müvafiq sənədə istinadən yazıb.

“ABŞ-nin Müharibə Nazirliyinin məlumatları, hətta məxfi olmasa belə, ictimaiyyətə yayılması üçün müvafiq səlahiyyətli şəxs tərəfindən təsdiqlənməlidir", - sənəddə deyilir.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası sentyabrın 19-da jurnalistlərin məxfi məlumatları toplamalarının və yerləşdirmələrinin qadağan olunduğunu elan edib. Pentaqon təhlükəsizliyə təhdid hesab etdiyi şəxslərin buraxılış vəsiqələrini ləğv edə bilər.

Sənədə əsasən, Pentaqonda hadisələri işıqlandırmaq istəyən mətbuat nümayəndələri jurnalistlərin bina daxilində hərəkətini məhdudlaşdıran, həmçinin qadağan olunmuş materialları əldə etməməyi və saxlamamağı öhdəsinə götürən sənədlər imzalamalıdırlar.

Qeyd olunur ki, bir neçə ay ərzində ABŞ-nin müharibə naziri Pit Heqset məlumat sızmalarına görə Pentaqon jurnalistləri üçün məhdudiyyətləri sərtləşdirib.

Seçilən
6
teleqraf.com

1Mənbələr