AZ

Estoniyaya soxulan Rusiya "MiQ-31"-lərinin fotoları da üzə çıxdı...-Kim çəkdi?..-FOTO

Dünən - sentyabrın 19-da Estoniyanın hava məkanını pozan Rusiyaya məxsus "MiQ-31"-lərin fotoları ortaya çıxıb. İsveç Silahlı Qüvvələri ("Försvarsmakten") sentyabrın 19-da Estoniyanın hava məkanını pozan Rusiyaya məxsus "MiQ-31" təyyarəsinin fotolarını yayıb.
 
Moderator.az-ın "Fokus" portalına istinadla yaydığı məlumatda belə deyilir. 
 
"Försvarsmakten" xəbər verir ki, fotoşəkillər İsveçin "JAS 39 Gripen" təyyarəsi tərəfindən Baltik dənizi üzərində Rusiya qırıcılarının tutulması zamanı çəkilib.
 
"Bu gün Estoniyanın hava məkanını pozduqdan sonra İsveçin "JAS 39" qırıcıları Baltik dənizi üzərində Rusiyanın 3 "MiQ-31" qırıcısını tutdu və izlədi. İsveç öz müttəfiqləri ilə birlikdə hava məkanımızın təhlükəsizliyini, müdafiəsini və bütövlüyünü təmin etməyə hər zaman hazırdır", - yayımlanan fotoları müşayiət edən yazıda belə deyilir.
 
Rusiya təyyarələrinin "R-73" hava-hava raketləri ilə silahlandığı bildirilir.
 
Qeyd:
Fotoda: Rusiyanın  Estoniyanın hava məkanını pozan "MiQ-31" təyyarəsi("Försvarsmakten").
 
S.Laçın
Seçilən
15
1
moderator.az

2Mənbələr