Xərçəng xəstələrinin yarısından çoxu depressiya, narahatlıq və uyğunlaşma problemləri ilə qarşılaşır.
E-saglam.az xəbər verir ki, bu barədə Moskva Onkologiya Tədqiqat İnstitutundan Anna Merzlyakova “İzvestiya” qəzetinə bildirib.
Həkim qeyd edib ki, xərçəng xəstələri arasında ən çox rast gəlinən psixi problemlər aşağı əhval-ruhiyyə, böyük depressiya və emosional qeyri-sabitlikdir. Bu hallar həyat keyfiyyətinə ciddi təsir göstərir və diqqətli nəzarət tələb edir.
Radiasiya terapiyası alan xəstələrin təxminən dörddə biri depressiyaya düşür. Yarısı isə narahatlıq və sıxıntı sindromundan əziyyət çəkir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az