AZ

Məşhur meksikalı rəssamın avtoportreti rekord qiymətə satıla bilər

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Meksikalı tanınmış rəssam Frida Kalonun avtoportreti "Sotheby's"də hərraca çıxarılacaq. Mütəxəssislər bu işin rekord qiymətə satılacağını proqnozlaşdırırlar.

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"El sueño" (La cama) (Yuxu və ya Yataq) adlı rəsmin qiyməti 40-60 milyon dollar qiymətləndirilir.

Onun satış qiyməti rəssamın əsərlərinin indiyədək qeydə alınmış ən yüksək qiymətini (44,4 milyon dollardır) keçə bilər.

Qeyd olunur ki, əsər 1940-cı ildə çəkilib.

Avtoportret hərracdan əvvəl London, Abu Dabi, Honkonq və Parisdə təqdim olunacaq. Satış noyabrın 8-də Nyu-Yorkda baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
1
oxu.az

10Mənbələr